@baxtiyarturabov
44,300
6,503,634
1,844
2013-04-25
Bəxtiyar Turabov 1984-cü ildə Bakı şəhərində anadan olub. Xətai rayonu 64 saylı orta məktəbi bitirdikdən sonra Şəki hafizlik mədrəsəsinə daxil olub. O, mədrəsəni 2001-ci ildə müvəffəqiyyətlə bitirdikdən sonra Bakı İslam Univerisitetinin şəriət fakultəsinə daxil olub. 3 ildən sonra 2004-2010 illərində o, təhsilini davam etdirmək üçün Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərindəki Əl-Əzhar Univerisitetinin İslam şəriəti və hüquq fakultəsinə daxil olur. 2010-cu ildə isə həmin univerisiteti müvəffəqiyyətlə başa vurub. Bəxtiyar Turabov təhsil aldığı müddətdə müqəddəs kitabımız olan Qurani-Kərimin 10 fərqli qiraəti üzrə hafiz (Qurani-Kərimi orifinal mətnini əzbərdən bilən şəxs) olmuşdur. Bir çox böyük qiraət alimlərindən dərs almış həmyerlimizin 10 qiraət üzrə, İslamın əziz Peyğəmbərinə qədər uzanan şəcərəsi-isnad sənədi mövcuddur. Xatırladaq ki, Bəxtiyar Turabov hazırda keçmiş sovet ölkələri və Azərbaycanda 10 fərqli qiraət üzrə yeganə mütəxəssisdir.